AZ

Məşhur futbolçu “Beşiktaş”ı çalışdıra bilər

Nuri Şahin “Beşiktaş”ın növbəti baş məşqçisi ola bilər. Msport.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü İstanbul klubunun prezidenti Hasan Aratla görüşüb, danışıqlar aparıb. Nuri hazırda Dormund “Borussiya”sında baş məşqçi Edin Terziçin köməkçilərindən biridir. O, klubda vəzifəsinin arta biləcəyini düşünərək “qara qartallar”ın təklifinə ehtiyatla yanaşır. Terziçin “Borussiya”nın baş məşqçi postundan vaxtından əvvəl göndərilmək ehtimalı var. Vakant vəzifəyə namizədlər arasında Nuri də ola bilər.

Xatırladaq ki, 35 yaşlı mütəxəssis 2024-cü ilin yanvarından “Borussiya”nın məşqçilər korpusunda çalışır. Buna qədər o, “Antalyaspor”un baş məşqçisi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla