AZ

Əməkdar həkim Sevinc Yusifova - “Həkimlərimizi tanıyaq!” rubrikası

“Həkimlərimizi tanıyaq!” rubrikamızda bu dəfə Əməkdar həkim Sevinc Yusifovadan bəhs edəcəyik.

 

Yusifova Sevinc İsaq qızı 1954-cü ildə Şəmkir rayonunda anadan olub. 1973-cü ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1979-cu ildə 5 nömrəli Xəstəxanada internatura keçib.

 

O, 1982-1986-cı illərdə 26 nömrəli Şəhər Poliklinikasında, 1986-1995-ci illərdə isə 27 nömrəli Şəhər Poliklinikasında sahə həkimi vəzifəsində çalışıb. 1995-ci ildə həmin poliklinikada şöbə müdiri vəzifəsinə keçirilib.

 

2013-2022-ci illərdə 27 nömrəli Şəhər poliklinikasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildə həmin müəssisənin baş həkimi vəzifəsinə təyin olunub.

 

S.Yusifova 2015-ci il 12 iyun tarixində “Tərəqqi” medalı ilə təltif olunub, 2018-ci il 23 iyun tarixində isə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla