AZ

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

İngiltərə Premyer Liqasının autsayderi “Şeffild Yunayted” 36-cı turda evdə “Nottingem Forest”ə məğlub olub. Komanda ardıcıl 12 oyundur ki, qələbə üzünə həsrətdir.

Çempionatın 36 oyunu ərzində Şeffild təmsilçisi 100-cü qolunu buraxıb. Bu da son 100 ilin antirekordudur. 38 turluq çempionatlarda sonuncu dəfə 1908/1909 mövsümündə “Lester” qapısında 102 qol görmüşdü.

Əlavə edək ki, 16 xal toplayan “Şeffild Yunayted” turnir cədvəlinin son pilləsindədir və vaxtından əvvəl Premyer Liqanı tərk edib.

Seçilən
51
futbolinfo.az

1Mənbələr