AZ

Müştərək film istehsalı ilə bağlı yeni proqram

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) müştərək film istehsalının dəstəklənməsi məqsədi ilə “Müştərək istehsalın dəstəklənməsi” proqramını yaratmağı planlaşdırır .​

Bu barədə Teleqraf.com-a ARKA-dan məlumat verilib.

​Bildirilib ki, müştərək istehsalın dəstəklənməsi məqsədilə müstəqil prodüser mərkəzi tərəfindən təqdim edilən, büdcəsinin 50% və ya daha çox hissəsi müstəqil prodüser mərkəzi tərəfindən ödənilən film layihələrinə dəstək proqramının tətbiq edilməsi nəzərdə tutulub.

Dəstək proqramı çərçivəsində təqvim ili ərzində müraciət qəbulunun açıq elan edilməsi və Bədii Şura tərəfindən müsbət qiymətləndirildiyi halda qalan vəsaitin investisiya edilməsi planlaşdırılır.

​Dəstək proqramının qaydalar və reqlamentinin təyin edilməsi üçün özəl sektor nümayəndələri, müstəqil prodüser mərkəzləri ilə görüşlər keçirilir, fikir mübadiləsi aparılır.

Həmçinin cari il ərzində bu kimi görüş və müzakirələrin mütəmadi olaraq keçirilməsi və tərəflərin maraqlarının təmin olunması istiqamətində işlərin görülməsi nəzərdə tutulub.


Müəllif: Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla