AZ

La Liqa: "Atletiko" səfərdə "Malyorka" üzərində qələbə qazanıb

İspaniya La Liqasında XXXIV turun "Malyorka" və "Atletiko" komandalarının qarşılaşdığı oyun başa çatıb. Oyun “İberostar” stadionunda (Palma de Mallorka) baş tutub. Görüşün baş hakim Xavyer Alberola Roxas idarə edib.

"Report"un məlumatına görə, görüşdə qonaqlar 0:1 hesabı ilə qalib gəlib.

Matçın 5-ci dəqiqəsində “Atletiko”nun hücumçusu Rodriqo Rikelme bir hərəkətlə cərimə xəttində fəndlə rəqibin iki futbolçusunu aldadıb və “Malyorka”nın qapısına dəqiq zərbə endirib.

"Atletiko" 2023/2024 mövsümü üçün İspaniya Primerasının turnir cədvəlində dördüncü yerdədir. Komanda 34 oyunda 67 xal toplayıb. "Malyorka" 32 xalla 16-cı yerdədir. 2023/2024 mövsümü üçün İspaniya Primerasının turnir cədvəlində birinci yeri La Liqanın cari mövsümünün çempionu olan "Real Madrid" tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
Mənbələr
Şərh ()
Bağla