AZ

Eks "Qarabağ"lı qapıçı Səudiyyə Ərəbistanından Super Liqaya qayıdır

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyə Super Liqasına qayıdacaq.

Sportinfo.az xəbər verir ki, liqanın debütantı "Eyüpspor" 35 yaşlı qolkiperi rənglərinə bağlayacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisi hazırda Səudiyyə Ərəbistanının "Əl-Xalic" klubunda çıxış edən təcrübəli qolkiperlə razılıq əldə edib. Transfer mövsüm bitdikdən sonra rəsmiləşəcək.

İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Bosniya və Herseqovina millisinin üzvü daha əvvəl Türkiyədə "Mersin İdman Yurdu", "Erzurumspor" və "Konyaspor"un formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
Mənbələr
Şərh ()
Bağla