Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərindəİdarəetmə Mərkəzinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin başverməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədəməlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetməqüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,“Nissan” markalı minik avtomobili dərəyə aşıb, 2 nəfər dərədəköməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralıvəziyyətdə və 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrətəhvil verilib.