AZ

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Yol kəsişməsində "BMW" və “Khazar” markalı minik avtomobilləri toqquşub.

Avtomobillərə ziyan dəyib. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla