Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də rol aldığı "Şahane Hayatım" serialı finala çıxır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekran işi gözlənilən reytinqi vermədiyindən növbəti mövsüm yayımlanmayacaq. Hazırda 25-ci bölümdə olan ekran işi 30-cu bölümdən sonra bitəcək.
Rollarda Hilal Altınbilek, Onur Tuna, Yiğit Özşener, Serkan Keskin və Sumru Yavrucuk kimi aktyorlar da çəkiliblər.
Layihədə açıq-saçıq səhnələrə çox yer verilsə də, bu da serialın reytinqini artıra bilməyib.