AZ

Bədii gimnastika üzrə Avropa Kubokunda qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında "gənclər" yaş kateqoriyasıüzrə komanda yarışında bədii gimnastika üzrə Avropa kubokunun qalibvə mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verirki, İsrailin gənclərdən ibarət komandası fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb, Bolqarıstan komandası ikinci, Rumıniya komandasıisə üçüncü yeri tutub.

"Gənclər" yaş kateqoriyası üzrə yarışlarda komandabirinciliyinin qalibi 1300 avro, ikinci yerin qalibi 1000 avro,üçüncü yerin qalibi isə 700 avro pul mükafatı alıb.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa kubokunun ümumimükafat fondu 40 000 avrodur.

Mükafatları yarışın direktoru Natalya Bulanova, bədii gimnastikaüzrə Azərbaycan yığmasının xoreoqrafı Ruslan Eyvazov və AzərbaycanGimnastika Federasiyasının meneceri Elmira Lalayeva təqdimediblər.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kuboku mayın 3-5-dəBakıda Milli Gimnastika Arenasında keçirilir. Müsabiqədə 37 ölkədənnümayəndələr iştirak edir. Gimnastlar iki yaş kateqoriyasında çıxışedirlər - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və“gənclər” (fərdi proqram).

Bədii
Bədii
Bədii

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla