AZ

Qurban Qurbanov: “Neftçi” ilə görüşlərdə futbolçulara əlavə nəsə demirik”

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. “Neftçi”yə uğurlar arzulayıram”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Elə oyunlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. “Neftçi”yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki, futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun “Neftçi” ilə “Qarabağ” arasında olan matçlardır. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə belə uğurlu seriya alındı. “Neftçi” ilə görüşlərdə futbolçulara əlavə nəsə demirik”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla