AZ

“Real” 36-cı dəfə İspaniya çempionu!

“Real” İspaniya çempionatında 2023/2024 mövsümünün çempionu olub.

İdman.biz xəbər verir ki, Madrid klubu 36-cı dəfə fəxri mükafata yiyələnib.

Karlo Ançelottinin komandası 34 turdan sonra 84 xal toplayıb. “Jirona”nın “Barselona”nı 4:2 hesabı ilə məğlub etməsindən sonra “Real” vaxtından əvvəl 1-ci yeri təmin edib. Madrid klubu ən yaxın izləyicisini 13 xal qabaqlayır.

Qeyd edək ki, “Real” 34-cü turda “Kadis”i 3:0 hesabı ilə məğlub edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla