AZ

Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb

Qambiya Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə islam ölkələrində yaşayış şəraitinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyi problemlərinin həllinə dəstək məqsədilə mümkün əməkdaşlıq müzakirə edilib.

Nazir, həmçinin Azərbaycanın humanitar yardım planları və proqramları barədə IOFS-in baş direktorunu məlumatlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla