AZ

Miodraq Bojoviç: “Bizim üçün 0:1 ilə 0:5 hesabının fərqi yoxdur”

“Məyusam, hesab bizi qane edə bilməz. Azarkeşlərdən üzr istəyirəm. Asan şəkildə məğlub olduq. Səhvlərimiz kifayət qədər çox idi. Qırmızı vərəqədən sonra aydın idi ki, böyükhesablı məğlubiyyət olacaq”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ”a 0:5 hesablı məğlubiyyəti şərh edib: “Pressinq etməyə çalışırdıq. "Sabah" və "Sumqayıt"la oyunlarda rəqibin mərkəzdə boşluqlar verdiyini görmüşdük. Amma bu gün fərqli "Qarabağ" meydanda idi. Çempionatın əvvəlində onların oyunu başqa idi. Biz də düşündük ki, bundan istifadə edə biləcəyik. Amma erkən qol buraxdıq. Bundan sonra düşündüyümüzü etmək çox çətin idi”.

Miodraq Bojoviç hesabın böyük əhəmiyyət kəsb etmədiyini bildirib: “Həmişə rekordlar və anti-rekordlar var. Bizim üçün 0:1 ilə 0:5 hesabının fərqi yoxdur. Biz məğlub olduq. Mənim nüfuzuma gəldikdə, məncə, mənfi nəsə olmayacaq. Tərcümeyi-halımda yazılacaq ki, "Neftçi"nin baş məşqçisi idim. Qarşıda bizi 3 tur gözləyir. Sonda nəticəyə baxacağıq”.

Qeyd edək ki, “Neftçi” 50 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla