“Qarabağ” klubu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.