“Qarabağ” klubu müdafiəçisi Bəhlul Mustafazadə ilə müqavilənin müddətini uzadıb.
Msport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti daha 3 il artırılıb.
O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.
Qeyd edək ki, Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.