“Misir, İsrail, Qətər, ABŞ və HƏMAS-ın nümayəndə heyətləri arasında Qahirədə keçirilən məsləhətləşmələrdə münaqişə tərəfləri Qəzza zolağında vəziyyətin nizamlanması üçün bir çox məsələlər üzrə razılığa gəliblər”.
Ednews xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Misir nümayəndə heyətinin dəstəyi ilə tərəflər atəşkəs razılaşması ilə bağlı məsələlərdə “konsensus forması” əldə ediblər.