AZ

Ölkə birinciliyində qaliblərin adları bilindi

16 yaşadək (U-16) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyində qaliblərin adları bəlli olub.

Apasport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində həm qızların, həm də oğlanların final matçları keçirilib.

İlk olaraq meydana qızlardan ibarət “Azərreyl-1” və “Şərqi Zəngəzur RVK” klubları çıxıblar. Maraqlı mübarizədə keçən bu görüşdə “Azərreyl-1” rəqibini 3:0 hesabı ilə məğlub edərək birinciliyin qızıl medalını qazanıb.

Daha sonra oğlanların finalı baş tutub. Həlledici görüşdə “Azərreyl” və “Murov Az Terminal-1” klubları üz-üzə gəliblər. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Murov Az Terminal-1” birinciliyin çempionu olub.

Qarşılaşmalardan sonra mükafatlandırma mərasimi və çempionatın bağlanış mərasimi keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla