AZ

Röya Ayxan Anar Ələkbərovla bir araya gəldi

Xalq artisti Röya Ayxan Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla bir araya gəlib.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda video paylaşıb. 

Görüş Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə həsr olunan “20 ilin sədası” adlı konsertdə baş tutub.

Həmçinin estrada ulduzu gecədə bir çox mədəniyyət nümayəndəsi ilə görüşüb. Tədbir barədə fikirlərini bölüşən R. Ayxan bu sözləri qeyd edib:

“Heydər Əliyev Fondunun mədəniyyət aləminə əvəzolunmaz diqqəti danılmazdı. Bu gün məni və mənim sənətçi dostlarımı bir araya topladınız. Bu tədbirdə iştirak etmək və sizinlə bir yerdə olmaq xoş oldu. Təşəkkürlər” .

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
Mənbələr
Şərh ()
Bağla