AZ

Türkiyə Azərbaycan və Rusiyaya "YAŞIL İŞIQ" YANDIRDI

"Türkiyə parlamentinin qəbul etdiyi qanun respublikaya Rusiya və Azərbaycandan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyə imkan verəcək".

Publika.az xəbər verir ki, bunu Türkiyə Qaz Paylayıcılar Birliyinin (GAZBİR) rəhbəri Yaşar Arslan deyib .

Bir gün əvvəl parlament Türkiyə Təbii Qaz Marketinq Qanununa “mayeləşdirmə” sözünü əlavə edən qanun layihəsinə səs verib. Ekspertin fikrincə, dəyişikliklərin tətbiqi Türkiyəyə Avropaya, ilk növbədə qonşu ölkələrə LNG tədarük etməyə imkan verəcək.

Arslan xatırladıb ki, ötən il ölkədən təbii qaz ixracı 900 milyon kubmetrə çatıb ki, bunun da 370 milyonu Bolqarıstana göndərilib.

Assosiasiyanın rəhbəri vurğulayıb ki, Türkiyə təbii qaza olan tələb və təklif arasında körpünün tam mərkəzindədir. Onun sözlərinə görə, Rusiya və Azərbaycanda hasilatın artılırılması halında Türkiyə qazı idxal edən ölkələrə operativ şəkildə çatdırmağa hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla