AZ

ABŞ-ın Rusiya və Çin gəmilərinə qarşı gizli silahı ortaya çıxdı– “Manta Ray” sınaqdan keçirildi...

Image

ABŞ “Manta Ray” adlı pilotsuz sualtı qayığın ilk tammiqyaslı sınağını keçirib. “Northrop Grumman” tərəfindən istehsal olunan “Manta Ray” prototipi ABŞ Hərbi Dəniz Qüvvələrinin daha uzun missiyaları yerinə yetirə bilən yeni sinif sualtı dronların yaradılması layihəsinin bir hissəsidir.

Nəhəng dron nəzarət və yanacaq doldurma tələb etmədən okeanda "çox uzun müddət" hərəkət etmək üçün nəzərdə tutulub. Dizayner firmanın sözlərinə görə, sualtı qayıq həmçinin dənizin dibinə lövbər salmaq və aşağı güc rejimində “qış yuxusuna getmək” qabiliyyətinə malikdir. Qeyd edilir ki, qayığı dünyanın hər yerinə asanlıqla daşınmaq da mümkündür.

Müdafiə analitikləri bildirirlər ki, ABŞ Hərbi Dəniz Qüvvələri dənizlərdə Rusiya və Çin sualtı qayıqlarını aşkarlamaq üçün uzunmüddətli missiyalara qadir pilotsuz sualtı qayıq hazırlamaq istəyir.

Bununla belə, ABŞ daha yeni və daha yaxşı sualtı dronların yaradılması üzərində işləyən yeganə ölkə deyil. Rusiya donanması keçən ilin yanvarında 185,2 km sürətə çata biləcəyini iddia etdiyi torpedoşəkilli robot mini sualtı Poseidon dronlarından 30-nu ordunun istifadəsinə veriləcəyini planlaşdırdığını açıqlamışdı.

Ukrayna da Rusiyanın Qara dəniz donanmasına qarşı mübarizədə pilotsuz sualtı nəqliyyat vasitələrinin istehsalını artırır. Həm Rusiya, həm də Ukraynanın sözügedən layihələri “Manta Ray”dən silahlı olması ilə fərqlənir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
50
Mənbələr
Şərh ()
Bağla