AZ

Sadiq Xan üçüncü dəfə London meri seçildi


Londonun hazırkı meri, müxalif Leyboristlər Partiyasının Böyük Britaniyadakı nümayəndəsi Sadiq Xan bu vəzifəyə yenidən seçilib və bu vəzifəni üçüncü dəfə tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” İngiltərədə mayın 2-də keçirilən regional seçkilərin nəticələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Xan 43,9%, onun rəqibi, hakim Mühafizəkarlar Partiyasının nümayəndəsi Syuzan Holl isə 32,7% səs toplayıb.
Seçkilərdə iştirak 40,5% təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1,5% azdır.
Qeyd edilir ki, Sadiq Xan üçüncü dəfə Londona rəhbərlik edən ilk meri oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla