AZ

Şahruddin qol buraxmadı, “İstanbulspor”a qalib gəldilər

Bu gün Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb.

"Adana Demirspor" 46 xalla 11-ci, "İstanbulspor" 16 xalla 20-ci-sonuncu pillədə qərarlaşıb. Siyahıya 93 xalla "Qalatasaray" başçılıq edir.

"İstanbulspor" - "Adana Demirspor" 0:1
Qol
: Barasi, 10

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
2
Mənbələr
Şərh ()
Bağla