AZ

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi – FOTO

Türkiyədə evdən oğurluq edən "Qızlar dəstəsi" ələ keçirilib.

News24.az lent.az-a istinadən bildirir ki, alış-verişə çıxan S.N.-nın İstanbul şəhəri Beşiktaşdakı evinə oğrular girib. Onlar evdən 300 dollar, 5 lari, 161 türkmən manatı və qızıl-zinəty əşyaları oğurlayıblar. Eyni dəstə növbəti dəfə də həmin evə girməyə çalışsalar da, bacarmayıblar.

Ev sahiblərinin polisə müraciəti nəticəsində oğurluq edənlərin kimlikləri müəyyənləşib. Onlar "Qızlar dəstəsi" adlı oğrular olduğu üzə çıxıb.

Saxlanılanlardan 27 yaşlı Gamze M.-nın 47, Gülay M.-nın 32, 37 yaşlı Leyla T.-nın 17, 35 yaşlı Yonca T.-nin 41, 23 yaşlı Sedef T.-nın isə 80 cinayət qeydi olduğu ortaya çıxıb.

Onların hər biri ifadələri alınandan sonra məhkəmə qərarı ilə həbs edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
3
Mənbələr
Şərh ()
Bağla