AZ

“Xarici Agentlər haqqında” qanun növbəti oxunuşda qəbul oluna bilər — Deputatdan AÇIQLAMA

“Gürcüstan Avropa İttifaqına namizəddir. Müxalifət hesab edir ki, “Xarici Agentlər haqqında” qanunun qəbulu Avropaya inteqrasiyanın qarşısını ala bilər. İqtidar isə bu qanunun qəbul edilməsinin inteqrasiyaya mane olacağını düşünmür. Hesab edirəm ki, məsələ ilə bağlı ümumi kompramisə gəlinəcək”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib. Millət vəkili qeyd edib ki, sözügedən qanunun növbəti oxunuşda Gürcüstan parlamentində qəbul olunacağı və qüvvəyə minəcəyi gözlənilir: 

“Proseslər belə olacağına işarə edir. Gürcüstan müxalifəti bunun ruspərəst qanun olduğunu qabardır, etirazların əsasını da bu səbəb təşkil edir. Avropa ölkələri istəmir ki, ayırdığı vəsaitlərin kimə və nəyə xərcləndiyi tam şəkildə açıqlansın.  

Hesab edirəm ki, xaricdən gələn vəsaitlərin hansı mənbələrdən əldə olunduğunu, hansı məqsəd üçün xərcləndiyini açıqlamaq olar. Qanunun qəbulunun əleyhinə olanlar niyə bu faktları açıqlamaq istəmir? Bu məqam diqqət çəkir. Qərbin də burada maraqları var. Qərb nəyin bahasına olursa, olsun, Rusiyanın təsirini qabartmağa çalışır. Ümumiyyətlə, Qərb son vaxtlar regiondakı proseslərə müdaxilə etməyə can atır. Bunu biz Azərbaycan və Ermənistan barəsində də deyə bilərik. Əslində Gürcüstan müxalifəti ilə iqtidarı arasında elə bir ciddi problem yoxdur. Məsələnin mahiyyəti odur ki, Gürcüstandakı qeyri-hökumət təşkilatları gəlirlərinin mənbəyini açıqlamaq istəmir. Tələbələr, uşaqlar əllərində Aİ bayraqları ilə mitinqlərə çıxırlar, bunun da marağında olan qüvvələr var”. 

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla