AZ

Vuçiç Çinin sülh təşəbbüslərini dinləməyə çağırıb

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, dünya ictimaiyyəti münaqişələrə son qoymaq üçün Çinin təşəbbüslərinə qulaq asmalıdır. "Yeni Azərbaycan" xəbər verir ki, o, bu barədə Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib.

Vuçiç bütün dünyada insanların Çin rəhbəri Si Tszinpinin təşəbbüslərinə böyük ümid bəslədiklərini vurğulayaraq, onun layihələrinin sülh gətirəcəyini söyləyib.

Serbiya prezidenti həmçinin Si Cinpinin fikrini dinləməyə və münaqişələrin həlli üçün kompromislərə getməyə çağırıb. “Çünki son nəticədə bizim ümumi maraqlarımız sülh və əmin-amanlıqdır”, - deyə o, yekunlaşdırıb.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla