AZ

Fuat Oktay Vaşinqtonda: Azərbaycan müzakirə edildi

Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Fuat Oktay Vaşinqtonda amerikalı konqresmenlərlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə komitə sədrinin özü məlumat verib.

Fuat Oktay Türkiyənin sülhlə bağlı yanaşmasını amerikalı konqresmenlərlə bölüşdüyünü deyib.

Bundan əlavə, tərəflər Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Ankaranın prioritetləri, Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi, Qəzza və Rusiya-Ukrayna müharibəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Komitə sədri S-400-lərlə bağlı ABŞ-dən Türkiyəyə tətbiq edilən sanksiyaların ləğv edilməli olduğunu da vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla