AZ

58 yaşlı narkoman 50 yaşlı kişini öldürdü

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Sabunçu rayon prokurorluğundan bildirilib ki,

Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış istintaqla 1966-ci il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3

1Mənbələr

Şərh ()
Bağla