AZ

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Mayın 4-də paytaxtın Sabunçu rayonunda 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...Bu barədə Poliqon-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.Aparılmış istintaqla 1966-cı il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. R.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam etdirilir.***Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.Araşdırılmalar davam etdirilir.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
4

10Mənbələr