AZ

Məşhur klubdan 2 illik müqavilə təklifi aldı - Şifahi razılıq verdi

“Milan”ın baş məşqçisi Stefano Pioli “Napoli”yə şifahi razılıq verib.

Sportinfo.az “Repubblica”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu yaydan etibarən “Napoli”yə rəhbərlik edə bilər.

Pioli mövsümün sonunda daha əvvəl İtaliya çempionu olduğu “Milan”ı tərk edəcək. “Napoli” vəziyyətdən istifadə edərək, Pioliyə daha bir mövsüm uzatma variantı ilə iki illik müqavilə təklif edib.

Piolini “Milan”ın baş məşqçisi postunda mövsüm başlamamış “Vulverhempton”dan ayrılan Xulen Lopeteqi əvəzləyə bilər.

Bununla belə, ispaniyalı mütəxəssisin adı “Vest Hem”ə başçılıq edə biləcək namizədlər arasında da göstərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla