AZ

İsrail Rəfah əməliyyatı öncəsi mülki vətəndaşları təxliyə edəcək

İsrail Rəfahda mümkün hərbi əməliyyatı öncəsi mülki vətəndaşları təxliyə edəcək.

Azpost.info xəbər verir ki, İsrail bu planları barədə ABŞ-ı məlumatlandırıb.

Bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.

“İsrail Bayden administrasiyasının rəsmilərini Qəzzanın cənubundakı Rəfah şəhərində potensial əməliyyatdan əvvəl fələstinli mülki vətəndaşların təxliyəsi planı barədə məlumatlandırıb”, – agentlik bildirib.

İsrailin HƏMAS-la atəşkəs və girovların dəyişdirilməsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərəcəyi də bildirilir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla