Qəzza zolağında böhranın tezliklə həllinə töhfə verə biləcək ölkələrdən biri də ABŞ-dır. Bunun üçün onlar İsrailə təzyiq göstərməlidirlər,
Azpost.info xəbər verir ki, bunu Türkiyə parlamentinin Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Fuad Oktay deyib.
“Bu müharibəni dayandıracaq tərəflərdən biri ABŞ-dır, onlar İsrailə təzyiqləri artırmalıdırlar”, – o bildirib.
Türkiyə parlamentinin nümayəndə heyətinin rəhbəri kimi ABŞ-a səfər edən Oktay qeyd edib ki, Qəzzadakı vəziyyətlə bağlı Ankara ilə Vaşinqton arasında fikir ayrılıqları var. Bunlar xüsusilə tərəflərin Fələstin-İsrail münaqişəsinə hansı bucaqdan baxması ilə bağlıdır.
“35 mindən çox insanın ölümünə səbəb olan hadisələri HƏMAS paradiqmasından səsləndirmək olmaz. Fələstin məsələsi 100 ilə yaxındır ki, mövcuddur”, – Oktay bildirib.
Azpost.info