AZ

Qazaxıstandan Azərbaycana mesaj: “Hazırıq”

Qazaxıstan Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə kömək etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Qzaxıstanının Rusiyadakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin həlli üçün Almatıda danışıqların aparılması təşəbbüsü ilə çıxış edib. Qazaxıstanın Ukraynadakı münaqişənin həlli üçün hər hansı vasitəçilik səylərində iştirak etməsi mümkündürmü? Astana belə proseslərin platformasına çevrilə bilərmi?

Abayev Rusiya agentliyinin bu sualına belə cavab verib:

“Qazaxıstan dünyaya təsir edən bütün proseslərdə kömək etməyə həmişə hazırdır. Təkcə Rusiya və Ukrayna yox, həm də Suriya, İran və Ermənistanla Azərbaycan arasındakı məsələlərdə. Yüksək səslə bəyan etdik ki, biz vasitəçi deyilik, amma tərəflərə platforma təqdim etməyə, dialoq üçün müəyyən şərait yaratmağa hazırıq.

Üstəlik, məlumdur ki, indi (Rusiya-Ukrayna münaqişəsi ilə bağlı) çoxlu müxtəlif təşəbbüslər var və Rusiyanın iştirakı olmadan bu proseslərin qeyri-mümkün olduğu aydın anlaşılır. Əlbəttə, bu proseslərdə Rusiyanın fikri həmişə nəzərə alınmalıdır. Dediyim kimi, vasitəçi olmağa, platforma verməyə, müəyyən şərait yaratmağa hazırıq.

Danışmağa başlamaq çox vacibdir. Rusiya və Ukraynanı nəzərdə tutmuram, ümumiyyətlə, hər hansı bir münaqişəni nəzərdə tuturam, sadəcə danışmağa başlamaq çox vacibdir, bu, insanların bir növ anlaşmaya başladığı ilk addımdır. Əgər heç danışmırsansa, bu baş verə biləcək ən pis şeydir.

Qazaxıstan qətiyyətlə öz mövqeyinə sadiqdir və Prezident Kasım-Jomart Tokayev bu barədə beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsi çərçivəsində bütün proseslərin həyata keçirilməsinə dair dəfələrlə danışıb. Bizim mövqeyimiz çox aydındır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla