AZ

Dəhşət: Görün kimlərin adı var - Cinsi istismarçı Epsteinin "qara kitab"ı hərracda

ABŞ-da uşaqlara qarşı cinsi zorakılıq və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada dünyasını dəyişən Cefri Epşteynə məxsus 221 mühüm şəxsin adının yer aldığı “kiçik qara kitab” hərracda satılacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən "Alexander Historical Auctions" hərrac evi açıqlama verib.

Açıqlamada alıcının şəxsiyyətinin və təklifin məxfi saxlanılacağı bildirilib:

“Kitabda Epsteinin əlaqə saxladığı insanların adları, ünvanları və telefon nömrələri, həmçinin ailə üzvləri, katiblər və ailə üzvləri üçün təcili əlaqə məlumatları var. Kitabda əvvəllər ictimaiyyətə açıqlanan adlarla yanaşı, açıqlanmayan 221 yüksək səviyyəli şəxsin də adı yer alıb".

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
1
Mənbələr
Şərh ()
Bağla