AZ

Rusiya Ukraynanın indiki və keçmiş prezidentini axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Vladimir Zelenski barəsində axtarış elan edib.

Teleqraf.com xəbər verir ki, nazirliyin axtarış bazasında bu barədə məlumat yerləşdirilib.

Rusiya DİN Ukrayna liderinə qarşı cinayət işinin başlanması üçün səbəbinin nə olduğu barədə məlumat verməyib.

Mayın 2-də Krım beynəlxalq missiyasının rəhbəri Zaur Smirnov Zelenskiyə qarşı “yarımadaya hücumların təşkili və Ukraynada nasizmi bərpa etmək” ittihamı ilə cinayət işinin açılmasını tələb etmişdi.

Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu da axtarışa verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun axtarışa verilmə səbəbi açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla