AZ

“Nə maşın sürürəm, gedib eynisini alır”

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Zaurla Günaydın” verilişində açıqlama verib:

“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobilim var idi, pul yığıb ondan aldı. Sonrakı maşınımdan da aldı. Yenə maşını dəyişmişəm, artıq çata bilmir. İndi maraqlanmır. Mənim gözümdə elə şeylər yoxdur. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə bahalı maşında olduğumu hiss etmirəm. İstənilən ayrılığı çətin yaşayıram. Dostdan da ayrılanda çətin yaşayıram. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə çətin yaşayıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
12
Mənbələr
Şərh ()
Bağla