"Həkimlərimizi tanıyaq!" rubrikamızın budəfəki qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Könül Mustafayevadır.
O, 1978-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-2003-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2003-2004-ci illərdə Sumqayıt Uşaq Xəstəxanasında Pediatriya üzrə internatura keçib.
Könül Mustafayeva 2006-2022-ci illərdə Sumqayıt şəhər 4 nömrəli Uşaq poliklinikasında sahə həkimi vəzifəsində işləyib. 2022-ci ildən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-pediatr kimi çalışır.
Davamlı tibbi təhsil olaraq müxtəlif konfranslarda iştirak edir.