AZ

“Xarici agentlər haqqında qanuna veto qoyacağam” –Gürcüstan prezidenti etirazları dəstəklədi

“Bu gün, sabah və ya o biri gün baş verənlərə  görə məsuliyyət bütünlüklə Gürcüstan hakimiyyətinin üzərinə düşür. Çünki hadisələrin belə inkişafının təşəbbüskarı məhz onlar olub”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə qapalı görüşünün açıq hissəsindəki çıxışı zamanı bildirib.

“Xarici agentlər haqqında qanun layihəsinin ikinci dəfə irəli sürülməsi Avropa İttifaqının qapılarının necə açıldığını görüb sevinən insanlara qarşı təxribat idi”, – deyə Gürcüstan prezidenti Salome Zurabişvili vurğulayıb.

Onun sözlərinə görə, bu qanun layihəsinin ikinci dəfə irəli sürülməsi həm də Avropa İttifaqını həmişə Rusiyanın gələcək imperialist təcavüzlərinə qarşı müdafiə mexanizmi kimi qəbul edən insanlara qarşı hücum idi.

“Mən bu ölkənin prezidentiyəm və Avropa iradəmizə dəstəklə bağlı baş verənləri dəstəkləyirəm…”

Prezident X sosial şəbəkəsində yazıb ki, Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinə zidd olan bütün qanun layihələrinə veto qoyacaq.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla