AZ

Çəkisi 120 kq olan 64 yaşlı pasiyent üzərində 6 saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb

Bu günədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında Xidmətlər Zərfi çərçivəsində uğurla icra olunur.

 

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq “Qarın boşluğunun böyük ölçülü törəməsinə görə bağırsaq keçməzliyi” diaqnozu ilə müraciət edən Qəbələ sakini üzərində “İri həcmli törəmənin xaric edilməsi və bağırsağın törəməyə invaziya edən hissəsi kəsilib götürülərək, nazik və yoğun bağırsaq arasında anastomozun qoyulması" əməliyyatı icra edilib.

 

Bu məlumat Aztibb.az-a Qəbələ RMX-dan verilib.

 

İlk dəfə 1960-cı il təvəllüdlü, çəkisi 120 kq olan pasiyent üzərində həyata keçirilən əməliyyat həkim-cərrah Fariz Abdullayev və anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra olunub.

 

6 saat davam edən əməliyyat uğurla başa çatıb.

 

Xəstənin hazırki vəziyyəti qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla