Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu “Qarabağ”da qalacaq.
News365.az Futbolpress.az-a istinadla xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb.
Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq.
Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, bu mövsüm 38 oyunda 2 qol vurub. Bəhlulun sözləşməsi yayda başa çatır.