AZ

Tanınmış məşqçi çempion olduğu komandadan ayrılacaq

Van Bommel cari mövsümün sonunda "Antverpen"in baş məşqçi postunu tərk edəcək.

Sportal.az Belçika mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis yaxın günlərdə bunu klub rəhbərliyi ilə müzakirə edəcək. Van Bommel özünü başqa liqada sınamaq istəyir.

Buna görə də, “Antverpen”də qalmamaq qərarını verib. O, bu klubla Belçika çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb. 47 yaşlı mütəxəssis 2022-ci ildə Belçika klubuna baş məşqçi təyin olunub və müqaviləsi 2025-ci il iyunun 30-na başa çatacaq. O, bundan əvvəl isə PSV, “Volfsburq” klublarında da işləyib.

Van Bommel futbolçu kimi PSV, "Barselona", "Bavariya", "Milan" komandalarında, həmçinin Niderland millisində oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla