AZ

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Bakı, 4 may, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda çarpaz qarşılaşmada qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, böyük fərdi gimnastlar arasında keçirilən yarışda Stiliana Nikolova (Bolqarıstan) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Darya Atamanov (İsrail) bürünc medalın sahibi olub.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. İlk üç yeri tutan gimnastlara medal və hədiyyələr təqdim olunub. Həmçinin fəxri kürsüyə qalxanlarla yanaşı, çarpaz qarşılaşmada mübarizə aparan digər idmançılara pul mükafatı verilib.

Qalib 8000, ikinci yer 5000, üçüncü yer 3000, dördüncü yer 2000, 5-8-ci yerlərin hər biri 1000, 9-16-cı yerlərin sahibləri isə 500 avro alıblar.

Mükafatları aerobika üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Alina Draqan, akrobatika üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Karin Şarlye, bədii gimnastika üzrə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvləri Kristiana Todorova və Piskupesku Aleksandra təqdim ediblər.

Qeyd edək ki, çarpaz qarşılaşmada Azərbaycan təmsilçilərindən Zöhrə Ağamirova 1/4 finalda, Kamilla Seyidzadə isə 1/8 finalda mübarizəni dayandırıblar. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla