AZ

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edirŞƏRH

Azərbaycan

Bakı, 4 may, AZƏRTAC

Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Ayrı-ayrı regionlarda qarşıdurmaların şiddətlənməsi, qlobal kataklizmlərin baş verməsi, geosiyasi qütbləşmənin artması milli dövlətlərin siyasətinə də önəmli dərəcədə təsir göstərir. Bu kontekstdə Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, belə bir şəraitdə milli maraqlara əsaslanan praqmatik xarici siyasət həyata keçirən Azərbaycan geosiyasi arenada nüfuzlu aktyor kimi mövqelərini möhkəmləndirməklə yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi də çıxış edir. Ölkəmizin növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə - VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi etməsi bu gerçəkliyin bariz nümunəsidir.

“Forumda səsləndirilən fikirlər təsdiqləyir ki, qlobal gündəliyin ən aktual məsələləri məhz Azərbaycanda xüsusi müzakirə obyektinə çevrilir. Eyni zamanda, olduqca mürəkkəb beynəlxalq şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz strateji təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına töhfələr verir, həm regionda, həm də dünya miqyasında sülhün və təhlükəsizliyin təmininə xüsusi diqqət yetirir. Paralel olaraq ölkəmizin bu mövqeyi beynəlxalq arenada – dünyanın müxtəlif regionlarını əhatə edən müstəqil dövlətlər tərəfindən çox yüksək qiymətləndirilir”, - deyə S.Novruzov diqqətə çatdırıb.

Komitə sədrinin sözlərinə görə, digər vacib məqam ondan ibarətdir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər platformalar postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar reallıqların, çağırışların və hədəflərin dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir.

“Prezident İlham Əliyevin həm keçirdiyi görüşlər zamanı, həm də Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi bu kontekstdə böyük önəm daşıyır. Elə Forum iştirakçılarının səsləndirdiyi fikirlər də Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini birmənalı şəkildə təsdiqləyir”, - deyə deputat diqqətə çatdırıb.

Azərbaycanın apardığı məqsədyönlü siyasətin real nəticəsindən danışan Siyavuş Novruzov vurğulayıb: “Nəticə etibarilə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu regionun lider dövləti olan, dünyada etibarlı tərəfdaş, qalib və qüdrətli ölkə kimi tanınan Azərbaycanın yüksək beynəlxalq nüfuzunu ifadə edir. Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin real nəticəsidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla