AZ

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının nümayəndəsi qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Seçilən
35
50
1

1Mənbələr

Şərh ()
Bağla