AZ

İran bu sanksiyalar ilə heç kimi qorxuda bilməz – AÇIQLAMA

“İran sanksiya ilə kimisə qorxutduğunu düşünürsə, səhv edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps İran hökumətinin sanksiyalarına münasibət bildirərkən deyib.

“İran proksi qüvvələri şəbəkəsi vasitəsilə bölgədə bir çox qeyri-sabitliyə görə məsuliyyət daşıyır. Ona görə də İran bu sanksiyaların kimisə qorxutacağını düşünürsə, tamamilə yanılır”, – deyə Qrant Şapps əlavə edib.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi mayın 2-də ABŞ və Britaniyanın 25 fiziki və hüquqi şəxsinə sanksiya tətbqi etdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla