AZ

AİB-in Mərkəzi və Qərbi Asiyada iqtisadi artım proqnozu müsbət olaraq qalır - Yevgeni Jukov

Tbilisi. Trend:

AİB-in Mərkəzi və Qərbi Asiyada iqtisadi artım proqnozu müsbətolaraq qalır.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiyaüzrə baş direktoru Yevgeni Jukov Tbilisidə AİB-in illik iclasındabrifinq zamanı deyib.

"Ümumilikdə, AİB-in Mərkəzi və Qərbi Asiya ölkələri ilə bağlıproqnozu çox müsbətdir. Bu il səngimə çox cüzidir. İnflyasiya daazalacaq. Təbii ki, qonşu ölkələrdə iqtisadi artımın ləngiməsi,yüksək templərlə bağlı bəzi şoklar baş verə bilər. Qida və enerjiqiymətləri hər zaman yenidın bahalaşa bilər. Geosiyasi gərginliklərdə iqtisadiyyata təsir edə bilər", - o deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantınınrəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxriqonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla