AZ

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Gülçöhrə

Şəki, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki ölkəmizin ən gözəl, tarixi baxımdan ən əhəmiyyətli, zəngin bölgələrindən biridir. Təsadüfi deyil ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Hazırda buranın, bu tarixi mühitin qorunması üçün çox böyük işlər görülür, layihələr həyata keçirilir. Düşünürəm ki, bu işlər nəticəsində Şəkinin tarixi hissəsini, onun böyük memarlıq, estetik tarixi əhəmiyyətini biz həm bugünkü, həm də gələcək nəsillərə daha yaxşı şəkildə çatdıra biləcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Şəkidə “ArchiVision WeekEND Camp” çərçivəsində keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.

Bir daha Şəkidə olmağından məmnun qaldığını vurğulayan rektor deyib: “Tədbirin Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Burada universitetin memarlıq və dizayn fakültələrində təhsil alan birinci, ikinci və üçüncü kurs tələbələri iştirak edirlər. Memarlıq təhsili üçün Şəkini görmək, şəhərin memarlığı ilə tanış olmaq, onun xüsusiyyətlərini başa düşmək, hiss etmək çox vacibdir. Belə tədbirlər, vörkşoplar tələbələrimizin bir mütəxəssis kimi yetişməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu kimi tədbirlərin təkrarlanmasını arzu edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla