AZ

Bu tarixə diqqət! Astrologiyada münasibətlər və yatırım üçün ən şanslı gün

Astrologiyanı yaxından izləyənlər üçün bəzi günlərin mənası və əhəmiyyəti fərqli ola bilər. Göyün hərəkətlərindən asılı olaraq hər ilin bəzi günlərində xüsusi inkişaflar baş verə bilər. Bu günlərin tarixləri və məzmunu hər inanca görə dəyişir.

Ölkə.Az "Posta" qəzetinə istinadla xəbər verir ki, bu inanclardan biri olan Hinduizmə görə seçilən Akşaya Tritiya Vedik astrologiyası da diqqət çəkir.
Sonsuz və yüksək enerjili gün sayılan Akşaya Tritiya hər il müxtəlif günlərdə qeyd olunur. 2023-cü ilin 22 aprel şənbə gününə təsadüf edən Tritiyanın 2024-cü ildə hansı günə düşəcəyi maraq doğurur.

Baharın gəlişini təmsil etməklə yanaşı, enerjinin ən yüksək həddə çatdığı, ən bərəkətli günün olacağı, ümid və sevincin artacağı o şanslı gün astrologiyanı yaxından təqib edənlərin gündəmindədir.

Hindu təqviminə görə bu tarix hər il aprel və ya may aylarına təsadüf edir. 2024-cü ildə böyük həyəcanla qarşılanan həmin gün 10 maya təsadüf edir.
İlin qızıl günü hesab edilən Akşaya Tritiya güclü parlaqlıq nümayiş etdirir. Bunun səbəbi Günəş və Ayın işığının bu tarixdə ən yüksək həddə çatmasıdır.
Bu xüsusi tarixdə ediləcək ayinlərlə bolluq və bərəkət artırıla, arzular gerçəkləşə və möcüzələrlə dolu yepyeni bir həyatın qapıları açıla bilər.
Uzun müddət tək qalmısınızsa, sizi yoran bir münasibətdəsinizsə və ya birlikdə olduğunuz insanla xoşbəxt bir evliliyə addım atmaq istəyirsinizsə, Akşaya Tritiyaya çox diqqət yetirə bilərsiniz. Bu tarixdə öhdəsinə götürdüyünüz hər işdə olduğu kimi evliliklə bağlı da gözlənilməz cavab ala bilərsiniz. Çünki bu tarixdə başladığınız münasibət və ya münasibətinizlə bağlı verdiyiniz qərarlar uzunmüddətli olacaq.

"Qızıl gün" olaraq da adlandırılan bu xüsusi günə sərmayə qoymaq rifah səviyyənizi artırmağa kömək edir. Qızıl, dollar və ya avro kimi yüksək dəyərli alternativlər arasından seçim edə bilərsiniz. Mayın 10-da sərmayə qoymağa başlaya və ya cari əmanətlərinizi vacib bir sahədə istifadə edə bilərsiniz.

Meditasiya etmək və ya dua etmək ən güclü variantlardan biridir. Mayın 10-da bu cür ruhani işlərə müraciət etmək daxili rahatlığınızı artıracaq və gələcəkdə sizə uğurlar qazandıracaq. Ehtiyacı olanlara kömək etmək, sahibsiz heyvanlara yemək və su vermək kimi etdiyiniz hər bir yaxşılıq sizə bolluqla qayıdacaq.

Son zamanların Manifestlər, rituallar və s. dəbdədir. bUnların içərisində ən məşhuru yazıdır. Akşaya Tritiya günündə arzunuzu təmiz bir kağız parçasına yazaraq reallaşdıra bilərsiniz.

Billurə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla