AZ

ABŞ Qətərdən hava zərbələri endirəcək - Foto

ABŞ

Yaxın Şərqdə, xüsusilə Fars körfəzində və Şərqi Aralıq dənizində hərbi fəallıq yüksəlib.

Reyting.az
“Vall Street Journal”a istinadla bildirir ki, ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunda dəyişiklik edir.

Vaşinqton Fars körfəzindəki müttəfiqlərinin narahatlığı səbəbindən yeni qərarlar verib. Körfəz ölkələrinin İranı və onun vəkil qüvvələrini qəzəbləndirməkdən qorxduğunu bildirən nəşr yazır ki, Qətərə döyüş təyyarələri, silahlı pilotsuz uçuş aparatları və digər silahlar göndərilib. Sözügedən hava qüvvələri Birləşmiş Ərəb Əmirliklərində ABŞ-nın uzun illərdir istifadə etdiyi “Ez Zafra” hava bazasından daxil olub.

Birləşmiş Ərəb Əmirlikləri fevral ayında Vaşinqtona bildirmişdi ki, bundan sonra, “Əl-Zafra”da yerləşən döyüş təyyarələrinin onlara xəbər vermədən Yəmən və ya İraq kimi ölkələrə hava zərbələri endirməsinə icazə verməyəcək. Əbu-Dabi rəhbərliyinin bu mövqeyi ABŞ-ı yeni ünvan axtarmağa sövq edib və bu zaman Qətərdəki “Əl Udeyd” hava bazası ön plana çıxarıb.



Məlumata görə, Vaşinqtonun döyüş təyyarələrinin yerini dəyişməsi Qəzza zolağında müharibənin səkkizinci ayına girdiyi bir vaxtda bəzi Körfəz ölkələri ilə ABŞ arasında artan gərginliyi əks etdirir.

Qeyd olunur ki, hazırda Yaxın Şərqdə İsrailə qarşı beşinci cəbhə açılıb. İranın vəkil qüvvələri son 7 ayda Livan, Suriya, İraq və Yəməndən İsrailə hücumlara başlayıb. Kiçik Körfəz ölkəsi Bəhreyndəki Əl Əştar briqadaları da ilk dəfə olaraq İsrailə kamikadze silahlı pilotsuz uçan aparatlarından atəş açıb.

“Vall Street Journal” yazır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranın öz ərazisindən İsrailə ilk dəfə 300-dən çox raket və kamikadze pilotsuz uçan aparatı atdığı hücumla bağlı Tel-Əviv administrasiyası ilə kəşfiyyat məlumatı paylaşıb.

ABŞ-nın Yəmən husilərinin Qırmızı dəniz hücumlarını dayandırmaq üçün bölgəyə göndərdiyi “USS Dvight D.Eisenhover” təyyarədaşıyanının bu yay Yaxın Şərqi tərk edəcəyi və onun yenisi ilə əvəz edilməyəcəyi qeyd olunur.

Yunanıstanın Krit adasındakı Suda bazasını ziyarət edən “USS Dvight D. Eisenhover” təyyarədaşıyan gəmisi Aralıq dənizində Fransanın “Şarl de Qoll” təyyarədaşıyanı ilə birlikdə çərçivəyə daxil olub. ABŞ Hərbi Dəniz Qüvvələri rəsmi sosial media hesabında “USS Dvight D. Eisenhover” və “Şarl de Qoll”un Aralıq dənizinə birlikdə getdiyini yazıb.

“The Vall Street Journal” şərhində qeyd edir ki, Amerika təyyarədaşıyanının yola düşməsi Qətərin hərəkətinin aktuallığını artırır. Qətərdəki “Əl Udeyd” hava bazası ABŞ-nın Yaxın Şərqdəki ən böyük mərkəzlərindən biridir və komandanlıq mərkəzinə ev sahibliyi edir. Bildirilir ki, ABŞ ordusu Şərqi Afrika ölkəsi Cibuti və Qətərdən yeni hava zərbələri endirməyi planlaşdırır.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla