AZ

Tiaqo Silva bu kluba keçir

style='margin-bottom:10px;'>

Bu mövsümün sonunda azad agent kimi "Çelsi"dən ayrılacaq Tiaqo Silva Braziliyanın "Fluminense"yə keçəcək.

QOL.az xəbər verir ki, bu barədə “Globo Esporte” internet portalı məlumat yayıb. Müdafiəçi Braziliya klubu ötən cümə günü 2026-cı ilin yayına qədər sözləşmə imzalamaq üçün razılığa gəlib. Tiaqonun yaxın günlərdə müqavilə imzalayacağı və bu ilin iyulundan "Fluminense"nin futbolçusu olacağı gözlənilir.

39 yaşlı Tiaqo Silva 2020-ci ildə azad agent kimi "Çelsi"yə keçib. O, 151 oyuna çıxıb, Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunu qazanıb. Tiaqo 2006-2009-cu illərdə "Fluminense"də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla